ŞAMPANIN
ÜZÜMLÜKLƏRİ
Bizim hekayəmiz şampan şərabları ölkəsinin mərkəzində, bölgənin ən geniş malikanələrinin və gur yaşıl üzüm bağlarımızın olduğu yerdə başlayır - dünyanın ən çox sevilən şampan şərabının doğulduğu yerdə...
ZƏNGİN TƏBİƏT
Təəccüblü deyil ki, şampan şərabının bütün keyfiyyətlərini ən dolğun şəkildə ifadə edən şərab, bölgənin ən böyük ərazisində yetişdirilən üzümdən hazırlanır.

Təbaşirlə zəngin olan 1,150 hektarlıq (2,840 akr) torpağın 50% -i qran kryu, 25% -i isə premyer kryu üçün ayrılıb.
SEÇİM LÜKSÜ
Şərablarımıza misilsiz dad verən üzümlər - Pino Nuar, Pino Menye və Şardone - Şampanın beş əsas üzümlüklərində yetişdirildiyi üçün, seçim etmək imkanımız var və biz ən yaxşısını seçirik.
Montan-de-Reyms, Kot-de-Blan, Valle-de-la-Marn, Sézanne və Obdakı üzümlüklərimiz sayəsində bölgənin o cümlədən 17 qran kryusu və 44 premyer kruysundan 32-si də daxil olmaqla, 323 kryusundan təxminən 200-nə çıxışa malikik.

Meyvə və üzümlüklərin müxtəlifliyi üzümün optimal seçimini təmin edir, Moët Impérial-ın sabitliyini və Grand Vintage orijinallığını qoruyub saxlamağa imkan verir.
ƏFSANƏVİ SORTLAR
Hər kəs bilməsə də, şampan şərabının zəngin dadı və rəngi üç müxtəlif üzüm sortunun birləşdirilməsindən əldə edilir: Pino Nuar, Pino Menye və Şardone.
Hər üzüm sortu Moët & Chandon şampan şərabının təkrarolunmaz dadına özünün xüsusi keyfiyyətlərini bəxş edir.
Hər bir üzüm sortunun Moët & Chandon şampan şərabının şirəli parlaqlığının yaradılmasında oynadığı xüsusi rolu kəşf edin. Əgər onları daha yaxından tanımaq istəyirsinizsə, məhsul yığımı zamanı təsərrüfatlarımıza baş çəkə bilərsiniz.
Pino Nuar
Pino Nuar - əsas, quruluş və intensivlik üçün, yabani giləmeyvə notları ilə
PINO MENYE
Pino Menye - yumşaqlıq, yuvarlaqlıq və dolğunluq üçün, meyvə notları ilə
ŞARDONE
Şardone - zəriflik, turşuluq və təravətdir, sitrus və ağ çiçək notları ilə
Moët & Chandon
BAKIDA HARADAN ALMAQ