Champagne Cocktails

XIX əsrdə yaradılmılş şampan şərabına əsaslanan məşhur kokteyllərdən tutmuş innovativ daxili yaradıcılıqlarımıza qədər - Moët & Chandon ilə yeni miksologiya imkanlarını kəşf edin.
Punch Romaine
1870's
Bu punşun tarixi 1790-cı illərə gedib çıxır. Bu kokteyl o qədər məşhur idi ki, hətta 1808-ci ildə nəşr olunan İsveç kulinar kitabına belə daxil edilmişdi!

Punşun bu versiyası üçün biz məşhur fransız aşpazı Oqyust Eskofyeyə təşəkkür edirik.

İNQREDİYENTLƏR
1 yumurta ağı
25 ml ağ rom
20 ml ağ şərab
10 ml şəkər siropu
10 ml limon şirəsi
20 ml təzə portağal şirəsi
75 ml Moët & Chandon Brut Impérial

HAZIRLAMA ÜSULU
Yumurta ağını, rom, şərab, sirop, limon və portağal şirəsini buzla dolu şeykerə əlavə edib silkələyin.
Doğranmış buzdan bir top düzəldin və böyük bir bölməyə yerləşdirin.
İçkini qədəhlərə süzün və Moët Impérial ilə tamamlayın.
Portağal qabığı ilə bəzəyin və təbəssümlə servis edin.
Champagne Cocktail
1850's
Kokteyl səhnəsinin şəksiz atributuna çevrilmiş "Şampan" kokteyli ilk dəfə 1855-ci ildə Panamada peyda olub.

Onun populyarlığı, ona kokteyllər haqqında ilk kitab olan "Cerri Tomasın barmenin məlumat kitabçası"nda yer tutmağa imkan verib.

İNQREDİYENTLƏR
2 qaşıq Anqostura bitteri
20 ml şəkər siropu
75 ml Moët & Chandon Moët Impérial

HAZIRLAMA ÜSULU
Bütün inqrediyentləri yarısı buzla doldurulmuş stəkana tökün və sürətlə qarışdırın.
Stəkanın qalan hissəsini doğranmış buzla doldurun.
Limon qabığı ilə bəzəyin və təbəssümlə servis edin.
French 75
1810's
Bu kokteyl adını Birinci Dünya Müharibəsi zamanı Fransa ordusunun əsas dayağı olan 75 millimetrlik yüngül hərbi səhra topundan götürüb.

Bu kokteylə "Soixante-Quinze" ("Yetmiş Beş") adını fansız barmen, çox güman ki, Parisdəki Henry's Bar barında çalışan Henri Tepe təxminən 1915-ci ildə verib.

İNQREDİYENTLƏR
15 ml limon şirəsi
10 ml şəkər siropu
25 ml London quru cini
75 ml Moët & Chandon Brut Impérial

HAZIRLAMA ÜSULU
Limon şirəsini, siropu və cini şeykerdə silkələyin və haybol qədəhinə süzün.
Üzərinə şampan şərabı əlavə edin, limon qabığı və ya bir dilim limonla bəzəyin və təbəssümlə servis edin.
Moët & Chandon
BAKIDA HARADAN ALMAQ