The Quinta Ruban 14 Years Old
BOURBON AND PORT CASKS
Viski yaradılması üzrə direktorumuz Doktor Bill macəra hissi ilə doğulub. O, bu təksəmənili viskini yaradarkən, özünün səyahətləri kimi gözlənilməz olan bir viski hazırlamağa cəhd edib.

Quinta Ruban - vəhşi təbiətə səyahətdir, - küləyin cövhərnanə şiddətilə vıyıldadığı, tünd şokolad qasırğasının istənilən an peyda ola biləcəyi qaranlıq və heyranedici meşədir.

Bizim çəlləklərimizdə viski yumşaq və meyvəli bir dad almağa başlayır, Portuqaliyadan gətirilən keçmiş burbon və portveyn çəlləklərində 14 il saxlandıqdan sonra, o daha da tündləşir və dərinləşir.

Hazır viski ehtiraslı dad birləşmələrindən ibarət cəngəllik kimidir. Qoz və qara bibər. Naringi portağalı və əridilmiş zefir. Tünd şokolad plitkası və cövhərnanə.

Bu, şokolad-nanə-portağal naməlum yerə addım atmaq kimi bir şeydir - səyahət təyinat yeri kimi heyranedicidir.
Tündlüyü 46,0% | həcm 70МЛ
DEQUSTASİYA QEYDLƏRİ
RƏNG
Yaqut çalarlı tünd qızılı.
DAD
Nanəli şokolad və qoz damağı örtərək qızılgül, lokum və şirin Sevilya portağalları üçün zəmin yaradır.
QOXU
Nanəli tünd şokolad və Sevilya portağalı səndəl ağacı və qozla qarışır, nəticədə ədviyyatlı bibər və muskat qozu hiss olunur.
SONLUQ
Nanəli tünd şokolad və portağal izləri buraxan uzunmüddətli, ipək kimi sonluq.
SİZ DƏ ZÖVQ ALA BİLƏRSİNİZ
GLENMORANGIE BAKIDA HARADAN ALMAQ OLAR