Glenmorangie
Signet
MOCHA RE-IMAGINED
Azad ruhlu, viski yaradılması üzrə direktorumuz Dr. Bill bir fincan sevimli Blue Mountain Yamayka qəhvəsindən həzz alarkən, ilk dəfə ağlına Signet ideyası gəldi. Onun beynində mokkonun unuda bilmədiyi spiral formalı ətirləri canlandı.

Bizim misilsiz viskimizin yaradılmasını həyata keçirmək üçün ona illər gərək oldu. Amma onun tiramisu və əriyən şokolad tonlarında siz, onun ən heyranedici fantaziyalarının dadını hiss edə bilərsiniz.

Signet, ildə bir dəfə istehsal olunan qiymətli şokoladlı səməni spirtindən başlayır. Onun espressoya bənzəyən intensivliyi bizim şərab zavodumuzu italyan qəhvə barı üçün ənənəvi olan ətirlərlə doldurur.

Bu illər ərzində nadir və qiymətli çəlləklərdən istifadə etməklə, biz onun gücünü azaltmışıq. Burbon - qaymaqlılıq üçün. Xeres - şirinlik üçün, Qarayanıq palıdın ədviyyatı. Bütün bunlar sahib olduğumuz ən qədim viski ilə balanslaşdırılır.

Nəticə? Dadın məxmər partlayışı. Acı mokko, yandıran ədviyyat və hamar iris ilə yumşaldılmış tünd şokolad dalğaları. Heç vaxt dadmadığınız viski.
Tündlüyü 46,0% | həcm 70МЛ
DEQUSTASİYA QEYDLƏRİ
RƏNG
Tünd kəhrəba rəngi.
DAD
Acı mokko və tünd şokoladın, qızardılmış fındıq və yumşaq irisin girdabında çırtıldayan ədviyyatların məxmər partlayışı.
QOXU
Qəhvə, zəncəfil və darçın axaraq tünd şokolad və tiramisu, tünd iris, kristallaşmış portağal qabığı və zəngin meyvə tortuna keçir.
SONLUQ
Mokko və ədviyyatlar kapuçino və amaretto ilə birləşdirilir, finalda isə kişmiş və şokoladla örtülmüş portağal var.
SİZ DƏ ZÖVQ ALA BİLƏRSİNİZ
GLENMORANGIE BAKIDA HARADAN ALMAQ OLAR