UĞUR
& QLAMUR
Uğur və qlamuru dünya ilə bölüşmək üç əsrə yaxındır ki, bizim ilhamımız, ehtirasımız və mövcudiyyətimizin mənası olub.
MOËT & CHANDON 270 İLLİYİNİ QEYD EDİR
Əfsanəvi Moët & Chandon 270 illiyini dünyanın sevimli şampan şərabı kimi qeyd edir.

Minilliyin dörddə birindən çoxdur ki, tanınmış fransız şərabçıları şampan şərabının sehrini bütün dünya ilə paylaşırlar.

Hər bir qədəhdə Evin dəyərləri əks etdirilir: tarix, səxavət, ustalıq, uğur, cəsarət və zəriflik - onun qlobal imicinin əsasını təşkil edən dəyərlər.

XVIII əsrin sonlarına doğru, şirkətin qurucusu Klod Moenin nəvəsi olan Jan-Remi Moe şampan şərabını dünyaya tanıdan şəxs kimi məşhurlaşdı. Markiza de Pompadurdan tutmuş Taleyran və Napoleona qədər dövrün mühüm şəxsiyyətləri tez bir zamanda Evin köpüklü şərabına aşiq oldular. Moët & Chandon tezliklə uğur və zərifliyin ikonasına çevrildi və bu günə qədər də belədir.
ROGER FEDERER, BRENDİN SƏFİRİ
Moët & Chandon özünün təbii rəqibini dünyaca məşhur tennis çempionunun şəxsində tapıb.

Əfsanəvi şampan şərabı Evi kimi, Federer də qlobal uğurun və əbədi üslubun əfsanəvi simvoludur. O, sürətlə inkişaf edən müasirliyi ənənə ilə incə şəkildə birləşdirir - xüsusən də rəqiblərini heyrətləndirən, pərəstişkarlarını isə sevindirən şəxsi imzasına çevrilmiş soldan zərbəsi ilə.

Onun hüdudsuz ambisiyaları bütöv bir nəsli ruhlandırır və təxminən 270 il əvvəl “Şampan şərabının sehrini dünya ilə bölüşmək” üçün Evin missiyasını yaradan Jan-Remy Moenin baxışını əks etdirir.

Rocer Federer, qədəhləri sənin şərəfinə qaldırırıq.
QLAMUR FANATLARININ UZUN HEKAYƏSI
Həyatın zəfər anlarını nəfis və qeyri-adi şəkildə, duyğulu məmnuniyyət ilə qeyd etmək - bizim kim olduğumuzun mahiyyətidir.

Napoleonun fəthlərindən tutmuş kral toylarına, Hollivudun ən parlaq tədbiri - "Oskar" mükafatının təqdim edilməsindən tutmuş ən eksklüziv özəl əyləncə gecələrinə qədər - bütün müvəfəqiyyətləri qeyd etməyə çalışırıq.

Tarixdəki mühüm hadisələri zamanı yanınızda olduğumuz kimi, bu gün də həyatınızdakı mühüm hadisələr zamanı sizin yanınızdayıq. Moët-in bəzi məşhur pərəstişkarlarımız üçün nə qədər böyük məna kəsb etdiyi ilə tanış olun.
MARKIZA DE POMPADUR
Fransa kralı XV Lüdovikin məşuqəsi, dövrünün ən qüdrətli qadınlarından biri və yüksək nüfuzlu dad qanunvericisi olan markiza de Pompadur, bizim şampan şərabımızı Avropa kral saraylarının seçdiyi şəraba çevrilməsinə kömək edib.

Moët & Chandon-a olan məhəbbətindən ilhamlanan markiza - "Şampan şərabı - dünyada hər bir qadını gözəl edən yeganə şərabdır", - demişdi.
NAPOLEON
Evin flaqman şampan şərabı olan Moët Imperial adını imperator Napoleon Bonaparta borclu olduğunu bilirdinizmi?

O, bir neçə dəfə Epernedəki malikanəmizə baş çəkmiş və Jan-Remi Moeni Fransanın ən yüksək mükafatlarından biri - Fəxri Legion medalı ilə təltif etmişdi.

Rəvayətə görə, qələbəni qeyd etmək üçün Moët şüşələrinin ağzını qılıncla açmaq ənənəsinin icadı Napoleon və onun qoşunlarına məxsusdur.
TƏSİSÇİLƏRİN UZAQGÖRƏNLİYİ
НYenilikçi ruhu brendimizi bütün sahələrdə - üzümçülükdən tutmuş şampan şərabı ilə bayramı qeyd etməyin yeni üsullarına qədər, - fərqləndirən cəhət olub.

Hər şey təsisçimiz Klod Moenin nüfuzlu, lakin az tanınan regional şərabı bütün Avropada kosmopolitlərinin və saray əyanlarının sevimli şərabına çevirmək fikrindən başlayıb. Onun nəvəsi Jan-Remi Moe bazarı fəth etmək qərarına gəlib və tezliklə Moët & Chandon-u beynəlxalq bayram simvoluna çevirib, bununla da bütün ömürünü qayəsi olan - "şampan şərabının sehrini dünya ilə bölüşmək", - hədəfinə çatıb.

O vaxtdan bəri innovasiyalar bizim şüarımız olub: biz dünyanın ən məftunedici şərabını hər bir nəsil üçün yeni və həyəcanverici edirik.
YENİ RİTUALLAR, YENİ JESTLƏR
İlk simvolik jestlərimiz arasında butulkanın gəminin bortunda sındırılması adəti də var idi. XX əsrdə daha innovativ jestlər meydana çıxıb ki, onlar bu günə qədər sevimli ənənələr olaraq qalırlar.

1967-ci ildə Le Manda keçirilən 24 saatlıq yarışın qaliblərinin mükafatlandırma mərasimindən bəri şampan şərabının bol sıçrantılarının Moët & Chandon-un adına yazıldığını bilirdinizmi? Den Qerniyə Jeroboam of Moët & Chandon veriləndə və o, şüşəni yanğınsöndürən kimi istifadə edib və qəsdən qonaqların üzərinə şampan şərabını səpələyib. Bu, bir ənənəyə çevrilib və Moët & Chandon adı qaliblərin şampan şərabları, sevinc və şənlik çılğınlıqları ilə ayrılmaz şəkildə bağlıdır. Şampan şərabından piramida, dünya üzrə qlamur əyləncə gecələrini və qəbulları işıqlandıran parlaq qovuqcuqların göz qamaşdıran şəlaləsi? Moe həmçinin bu parlaq bayram simvollarını da yaradıb.
ƏNƏNƏ VƏ TEXNOLOGİYALARIN ƏN YAXŞILARI
Ən yaxşı sənətkarlıq ənənələri ilə birləşən yeni texnologiyalar bizə şampanlarımızın əfsanəvi keyfiyyətinin və üslubunun heç vaxt sarsılmayacağına zəmanət verməyə kömək edir.

Təbiət birbaşa Moët-nin qəlbində yer aldığı üçün, bizim dayanıqlı üzümçülük sahəsindəki son nailiyyətlərimiz, ətraf mühitin qorunmasına və müdafiəsinə yönəlmiş ən böyük nailiyyətlərimizdən biridir.
YENİLİKÇİ OBRAZ
Sehri dünya ilə paylaşmağın yeni gözəl yollarını icad etmək bizim ən çox arzulanan öhdəliklərimizdən biridir!

Moët & Chandon özünün uzun tarixi boyunca doldurulma, qədəhlər və şampan şərablarımızın eksklüziv, fərdiləşdirilmiş nəşrlərinin buraxılmasında pioner olub.

Artıq Moët mini-fleyta formatı qırmızı xalçalı beynəlxalq film festivallarının mütləq atributudur, Swarovski kristalları ilə fərdiləşdirilmiş Moët Imperial şüşələri eksklüziv tədbirlərə xüsusi rəng qatır.

Ən son yeniliyimiz olan Moët Ice Imperial, buz ilə istemal etmək üçün xüsusi yaradılmış ilk şampan şərabdır və pərəstişkarlarımıza tamamilə yeni, bənzərsiz təravətləndirici təəssüratlar bəxş edir.
Moët & Chandon
BAKIDA HARADAN ALMAQ