MOËT & CHANDON, BRENDİN TARİXİ
1743-cü ildən bəri Moët & Chandon-un xarizmatik liderləri riskli qərarlar verərək, sonunda dünyanı fəth etdilər və kiçik ailə biznesini nüfuzlu beynəlxalq şampan şərabı evinə çevirdilər.
Moët & Chandon, Moët-Hennessy-nin yaradılmasında aktiv şəkildə iştirak edib və sonra Louis Vuitton ilə birlikdə dünyanın ən böyük lüks evi olan LVMH-ni yaradıb.
Moët & Chandon 140-dan çox ölkədə satılır və dünyada ən çox sevilən şampan şərabıdır.
1748-ci ildə Moët XV Lüdovikin kral sarayının təchizatçılarından biri oldu. Markiza de Pompadur Moët evinin ilk nümayəndəsi hesab olunur.
I Napoleon Moët-in böyük pərəstişkarı olub. O, üç dəfə Eperneyə gəlib, 1807-ci ildə isə, hətta Moët zirzəmilərinə baş çəkib. 1902-ci ildə alman kralı və imperatoru II Vilhelmin "Meteor" gəmisinin Moët & Chandon şüşəsi ilə təqdis edilməsi keçirilib.

Uzun illərdir ki, Moët & Chandon öz uğur və gözəllik dəyərlərini kino dünyasında əks etdirir (Oskar, Qızıl Qlobus və Rusiyadakı Qızıl Qartal mükafatları, eləcə də Taybey və İsveçrənin Lokarno şəhərində keçirilən Qızıl At festivalları ilə əməkdaşlıq edir. ...).
Ev hər zövqə, əhval-ruhiyyəyə və hadisəyə uyğun gələn bir sıra müxtəlif şərabları təqdim edir və “şampan şərabının sehrini dünya ilə bölüşür”.
Moët & Chandon stili parlaq meyvəli ətiri, cazibədar dadı və əla saxlanma ilə səciyyələndirilir.
Moët & Chandon
BAKIDA HARADAN ALMAQ