Moët Impérial
TƏRKİB
Onun qarışığı, nisbətləri ildən-ilə dəyişən, lakin həmişə eyni harmoniyanı ortaya qoyan üç əsas Şampan üzüm sortunun müxtəlifliyini və bir-birini qarşılıqlı tamamladığını əks etdirir: əsas üçün Pino Nuar (30-40%), yumşaqlıq üçün Pino Menye (30-40%) və incəlik üçün Şardone (20-30%).

ZƏRİF XARİCİ GÖRÜNÜŞ
Zərif yaşıl bərqləri ilə yüngül qızılı-saman-sarısı.

HEYRANEDİCİ ƏTİR
Yaşıl alma, sitrus və s. Bu meyvə notlarının heyrətamiz intensivliyinin ardınca mineral təravət və ağ çiçəklərin dalğası gəlir. Sonra brioş, taxıl və təzə qoz-fındıqların parlaq çalarları zərif yetişkinliyə işarə edir.

SƏXAVƏT VƏ İNCƏLİYİ BİRLƏŞDİRƏN DAD
Armud, ağ şaftalı və alma da daxil olmaqla səxavətli meyvə notları incə, yüngül qovuqcuqlarla birlikdə damaq ləzzətində açılır. Sonra, tədricən, sitrus nüanslarının şirin şuxluğu peyda olur və incə şəkildə ağızda qalır.

DOZAJ 7 q/litr
SAXLAMA MÜDDƏTİ 24 ay
DİSQORCEMENTDƏN SONRA SAXLANMA 3 ay
DEQUSTASİYA QEYDLƏRİ
RƏNG
Gözləriniz bağlı olsa belə, Moët Impérial şampan şərabı sabayon desertinin qızılı sarısını, sarı sitrus meyvələrinin təzə çalarlarını, espumanın xariqüladə şəffaflığını, xiyar mətinin açıq yaşıl işıltısını və ya opalinin büllur parıltısını xatırladır.
TEKSTURA
İncə fısıldama qızılı pərdəyə bənzəyən yumşaq və yüngül bir teksturanı tələb edir. İncə dad, "al dente" fetuçinisini və ya xırtıldayan armudun dənəli məti kimi enerjili, aqressiv olmayan bir ləzzəti tələb edir.
OLMAZ
  • Ziddiyətin çoxluğu: şirin və turş, şirin-duzlu
  • Şəkər, bal, çox şirin meyvələr
  • Acılığın çoxluğu: qəhvə, tünd şokolad, yandırılmış ədviyyatlar və s.
  • Çox uzun müddət bişirmə nəticəsində yaranan quruluq
  • Yumşaq, qatı teksturalar. Çox acılı ədviyyatlar
OLAR
  • Çiy təam, suşi, saşimi, meyvədən karpaçço və ya aromatik otlar.
  • Dəniz məhsullarının təzadlı, duzlu və ya ədviyyatlı elementi olan təzə meyvələr.
  • Parlaq turşuluq yağlılıq hissi ilə harmonik şəkildə uyğunlaşır: kaperslər ilə ağ kərə yağı, avokado kremi və limonlu kürü...
  • Dənizin tamı: istridyə, dəniz kirpisi və s. Bitki hissini yumşaltmaq üçün bişməmiş və ya ədviyyatsız tərəvəz çalarları (birinci soyuq sıxılmadan zeytun yağı və iri duz). Zərif sous üçün bir az isti ədviyyatlar, sarıkök və ya karri...
İLHAM
Təravət hər şeydən üstündür.

Quş ətinin açıq qızılı mətinin və sousun zərif yaşıllığının mükəmməl birləşməsi. Moët Impérial şampan şərabı onun incə notlarını vurğulayan tərəvəzlərlə ideal şəkildə uyğunlaşır, ağızdakı quş ətinin yumşaqlığı isə, bu şampan şərabının öz-özünə əmələ gələn əla birləşməsidir.
BRES ÜSULU İLƏ QIZARDILMIŞ TOYUQ FİLESİ, OTLARDAN SOUS İLƏ
Yumşaq, lakin xırtıldayan

Ağ şampan şərabının qırmızı quş əti ilə belə uyğunlaşması yumşaq, şirəli file tələb edir.

Bu bişirmə üsulu dərini xırtıldayan etməyə imkan verir ki, bu da Moët Impérial şampan şərabının fışıldamasını kölgədə qoyur, zəncəfil çipsləri isə, azacıq ədviyyatlı, ekzotik təravəti əlavə edirlər.
QIZARDILMIŞ ÖRDƏK, ZƏNCƏFİL ÇİPSLƏRİ VƏ ƏRİŞTƏ İLƏ
Vegetarian yeməyi.
ARALIQ DƏNİZİ KUSKUSU, REYHAN, DAĞKEŞNİŞİ, ƏRİK QURUSU VƏ BADIMCAN
Qəlyanaltı.
BALQABAL KAPUÇİNOSU VƏ AĞ TRÜFEL
Moët & Chandon
BAKIDA HARADAN ALMAQ