DOUBLE CASK KOLLEKSİYASI
Double Cask 30 Years Old
The Macallan Double Cask 30 Years Old - "Double Cask" kolleksiyasından olan və indiyə qədər Makallan tərəfindən buraxılmış ən qədim, xüsusi, möhtəşəm viskidir.
Bu buraxılış Makallanın güzəştsiz mükəmməlliyə olan sarsılmaz sadiqliyini nümayiş etdirir, çünki palıd onların təksəmənili viskilərinin keyfiyyətinə, təbii rənginə və fərqli ətir və dadına təsir göstərən ən böyük amildir. Mükəmməl balanslaşdırılmış Macallan Double Cask, viskinin unikal dadını və xarakterini yaratmaq üçün, Amerika və İspan palıdından hazırlanmış xeres çəlləklərinin ahəngdar birliyində otuz il ərzində saxlanıb.

Rəng
Qızılı palıd qozası rənginə malikdir.
Dad
Viski, öz yerini rəvan şəkildə iris, palıd ağacı və şirin ədviyyat naotları ilə seçilən sonluğa verən, darçın, kişmiş və vanil notlarına malik olan zərif, dərin, zəngin, çoxşaxəli, mükəmməl balanslaşdırılmış dada malikdir .
Ətir
Viskinin şirəli ətirində iris, bal pətəkləri və vanil nüansları ilə bəzədilmiş təzə meyvələrin - parlaq qırmızı alma, gavalı və əncirin notları aydın şəkildə nəzərə çarpır.
Qastronomik birləşmələr
Viski zərif dijestiv kimi, təmiz şəkildə istemal edilməlidir.
ŞİRİN PALID, YÜNGÜL ƏDVİYYAT, İRİS
DOUBLE CASK 30 Years Old
Bu buraxılış bizim güzəştsiz mükəmməlliyə sarsılmaz sadiqliyimizi nümayiş etdirir, çünki palıd bizim təksəmənili viskilərimizin keyfiyyətinə, təbii rənginə, fərqli ətiri və dadına təsir göstərən ən böyük amildir.
HƏMÇİNİN BAXIN
THE MACALLAN, BAKIDA HARADAN ALMAQ
© Master Blend 2015-2023
All rights reserved