DOUBLE CASK KOLLEKSİYASI
Double Cask 15 Years Old
The Macallan Double Cask 15 Years Old - Amerika və Avropa palıdından əllə hazırlanmış xüsusi seçilmiş xeres çəlləklərdən istifadə edilməklə istehsal olunan mükəmməl balanslaşdırılmış təksəmənili viskidir. Amerika palıdı dada zərif vanil, sitrus və iris notlarını, Avropa palıdı isə, xeres və ədviyyatı əlavə edir.
15 il saxlandıqdan sonra, 43% sərtlik ilə şüşələrə süzülən daha şirin, ilıq dadlı və xarakterli içki alınır.

Rəng
Cəlbedici açıq qızılı rəngə malikdir.
Dad
Viskinin dolğun, zəngin, mürəkkəb, ahəngdar, mükəmməl balanslaşdırılmış, zərif, qaymaqlı dadı, kişmiş, vanil, ədviyyatlar, sitrus meyvələri və nəcib oduncaq notları ilə tamamlanır. Viski zəncəfil, karamel və sitrus meyvələrinin nüansları olan davamlı, ilıq sonluğa malikdir.
Ətir
Viskinin incə və zərif ətirində bal və şokolad çalarları ilə tamamlanan qurudulmuş meyvə, şirniyyat, vanil, palıd və bişmiş alma notları üstünlük təşkil edir.
Qastronomik birləşmələr
Mütəxəssislər viskini təmiz şəkildə və ya buzla içməyi məsləhət görürlər.
ALMA VƏ ŞİRİN ƏDVİYYATLAR
ERİK MƏDİQAN HEKDƏN DOUBLE CASK
The Macallan Double Cask kolleksiyası - Avropa və Amerika palıdı ilə gözəl balanslaşdırılmış, Jeres de la Frontera, Spain-də yetişdirilmiş xeres ilə mürəkkəb hissiyatlı bir səyahətdir.

Fotoqraf Erik Mədiqan Hek zətik iris və şirin ədviyyatların zənginliyini saçan kral rəng paltrasından yararlanaraq, özünün "Double Cask 15 Years Old" vizual şərhini təqdim edib.
HƏMÇİNİN BAXIN
THE MACALLAN, BAKIDA HARADAN ALMAQ
© Master Blend 2015-2023
All rights reserved