Nə verərsən, o da geri qayıdacaq
Biz Şarantın yenilikləri ətrafında qəsdən “bağlı dairə” yaratmışıq. Regionda 50 000-dən çox insana fayda verən və bu sahəni belə dinamik edən sektorun başında durmaqdan qürur duyuruq. Biz demək olar ki, 1000 nəfərin birbaşa işverəniyik və regionda 1600 üzümçü və 20 distilləçi ilə eksklüziv əlaqələrimiz var.
Lokallığın qorunması
Satınalma baxımından biz, ehtiyaclarımızın demək olar ki, yarısını yerli tədarükçülərdən alırıq.
Satınalmalarımızın 85%-i Fransada həyata keçirilir. Bu bizim istəyimizdən irəli gəlir. Biz çəllək istehsalı, şüşə emalı , qablaşdırma və logistika kimi sahələrdə yerli istedadlardan istifadə edirik. Fransız sənətkarlığının dəyəri belə iş yerlərinin uzunmüddətli perspektivdə işlə təmin edir ki, bu da davamlı inkişaf öhdəliyimizin daha bir aspektidir.
Ekoloji innovasiyalar
Hennessy şirkətinin davamlı istehsala üstünlük verməsi sayəsində bütün istehsal meydançalarında müvafiq təşəbbüslər həyata keçirilib.
Distillyatorlarımızın soyutma sisteminin qapalı dövrəyə keçməsi kimi təşəbbüslər bizə su sərfiyyatını 90% azaltmağa imkan verdi. Regenerasiya çənləri üzüm bağları üçün yağış sularını toplayır və saxlayır. Yeni qablaşdırma istehsalı layihələri ekoloji qiymətləndirmədən keçir. Biz ikinci dərəcəli məhsulları dövriyyədən çıxararaq, onları mümkün qədər təkrar emal edirik.