MƏHSUL
ZAMANIN ƏZƏMƏTİ
Hennessy və tərəfdaşları ənənəvi üzümçülüyü dəstəkləyir.
HƏR ŞEY ÜZÜMDƏN BAŞLAYIR


İldə bir dəfə mükəmməl yetişmiş üzümləri tez və diqqətlə yığmaq lazımdır. Şarantdakı üzüm bağlarının mexaniki yığımı həm keyfiyyət, həm də kəmiyyət baxımından ən yüksək dəqiqliyi əldə etməyə imkan verir. Ugni Blanc üzüm sortu bizim distillə prosesi üçün idealdır. Gecyetişən sort yüksək turşuluq və aşağı spirt tərkibi arasında optimal tarazlığı təmin edir, yaxşı balanslaşdırılmış aux-de-vie istehsalı üçün idealdır.
KONYAK YALNIZ COGNAC-DA YARADILA BİLƏR

Yer adının qorunması (PDO) statusuna malik olan konyak, müəyyənləşdirilmiş tələblərə cavab verməli, onun üzümləri COGNAC-da yetişməli, ondan alınan şərabı isə burada, Charente çayını əhatə edən ciddi sərhədlər daxilində istehsal edilməlidir.

Siz fərqi hiss edə bilərsiniz.
BAXIŞIN ƏHATƏ ETDİYİ QƏDƏR


COGNAC üzüm bağlarının sahəsi təxminən 75.000 hektardır. Bu torpaqlar altı rayona (crus) bölünür..
HƏYAT DÖVRÜ

Üzümün təbii həyat dövrünə il boyu nəzarət edirik.

Qış yaxınlaşdıqca barsız tənəkləri budayıb bağlayırıq.

Yazda köklərdən şirə qalxır. İlk yarpaqlar və qönçələr görünür. Havada özünəməxsus bir qoxu dolaşır.

Yayda günəş istisinin təsiri altında payız məhsulu üçün yetişən ilk bəhərlər görünür.
DİSTİLLƏ
KONSENTRASİYA ZAMANI
Bizim distillə prosesimiz uzun əsrlər boyu dəyişməz qalır. Ən başlıca meyar - dədqiqlikdir.
ŞƏRABIN EAU-DE-VIE-YƏ ÇEVRİLMƏSİ

Oktyabrdan başlayaraq ən geci martın 31-nə kimi şərab zavodları gündüz və gecələr çalışırlar. Həvəslə işləyən sənətkar heyəti, Şarantın ənənəvi misdən şərab zavodlarına nəzarət edir və qoruyurlar.

Şərabın eau-de-vie çevrilməsi prosesində mayenin tərkibindəki uçan birləşmələrdən istifadə edilir. Uzun, yumşaq distillə şərabın ruhunu qoruyur.
BİR DƏFƏ DEYİL, İKİ DƏFƏ

Eaux-de-vie konyakını əldə etmək üçün ikiqat distillə tələb olunur."Brouillis" adlanan ilk distillə nəticəsində xam spirt alınır.

İkinci distillə daha yüksək spirt tərkibi yaradır. Özü də yalnız orta hissə - "ürək" saxlanılır.

Bu şəffaf, rəngsiz maye eau-de-vie adlanır.
12 kq - 9 l - 1 l

1 litr eau-de-vie əldə etmək üçün təxminən 12 kq üzüm lazımdır.

Üzümü sıxanda 9 litr şərab alınır.
Birdəfəli distillədən 3 litr brouillis əldə edilir.

İkinci distillə zamanı bir litr təmiz eau-de-vie alınır.
MATURASİYA
ZAMAN VƏ İSTEDAD ƏL-ƏLƏ
Biz sadəcə aux-de-vie-mizi saxlamırıq, onları “yetişdiririk”.
ÇƏLLƏK VƏ SADİQLİK

Qoxu və rənglərini bir-biri ilə mübadilə edən eaux-de-vie və ağac uzun illər birlikdə saxlanılırlar.

Hər bir eau-de-vie-nin tam mürəkkəbliyə qovuşması üçün, ona illər boyu əmək sərf etmək və müxtəlif çəlləklər arasında dəyişmək tələb olunur.
EAUX-DE-VIE YETİŞDİRMƏK

Bizim eaux-de-vie diqqətlə nəzarət edilən xüsusi zirzəmilərdə -chais-də yetişdirilir. Temperatur və rütubət vacib amillərdir.

Şarant çayının yaxınlığında yerləşən daha nəm chais-də yetişdirilən viski daha yumşaq və yuvarlaq ola bilər. Quru zirzəmilərdə yetişdirilənlər daha parlaq xarakterə sahib ola bilələr.
UNİKAL KOLLEKSİYA

Hennessy ehtiyatı - dünyanın ən böyük eaux-de-vie kolleksiyalarından biridir.

65 zirzəmidə 350 mindən çox çəllək saxlanılır. Bu ehtiyatlar - bizim sələflərimizin mirasıdır, biz onları 200 ildən artıqdır ki, diqqətlə qoruyub saxlayırıq.
SELEKSİYA
DEQUSTASİYA POTENSİYALI
Dequstasiya komitəsinin köməyi ilə kupaj ustası ən yaxşı eaux-de-vie-ni seçir.
8 NƏSİL

Renaud Fillioux de Gironde təbiətə olan sevgisini əmisi, yeddinci nəsil Hennessy kupaj ustası Yann Fillioux ilə bölüşür.
Konyak ətrafındakı meşələri saatlarla tədqiq edən ağsaqqal, ən güclü alət - burun haqqında öz biliklərini bölüşür. Bu gəzintilər zamanı, eləcə də dequstasiya komitəsində işlədiyi 10 il ərzində Renaud səkkizinci nəsil Hennessy kupaj ustası kimi gündəlik istifadə etdiyi bacarıqlara yiyələnib.
HƏR GÜN SAAT 11-DƏ

Artıq iki əsrdir ki, dequstasiya komissiyası hər gün səhər saat 11-də toplanır.

Onlar hər bir eaux-de-vie-ni son dərəcə dəqiqliklə dequstasiya edir, sonra onu ciddi keyfiyyət standartlarına uyğun olaraq seçir və ya rədd edirlər.
Seçilmiş şərabların saxlanma prosesini təmin etmək üçün, onlar ildə ən azı bir dəfə dequstasiyadan keçirlər.
MİSİLSİZ KİTABXANA

Bu gün Hennessy-nin zirzəmilərində minlərlə müxtəlif eaux-de-vie saxlanılır - bu, dünyanın ən böyük kitabxanalarından biridir. Onların hər biri unikaldır, əvvəlki kupaj ustaları tərəfindən diqqətlə seçilib, sonra yetişmək üçün saxlanılıb, lakin hər il dequstasiyadan keçirilirlər. Ehtiyatımızdakı hər bir eau-de-vie unikaldır və o, kupaj ustasının istifadə edə biləcəyi hədsiz-hüdudsuz kolleksiyaya çevirilir.
KUPAJ
MÜKƏMMƏL KOMBİNASİYA? HƏR ZAMAN.
Постоянное воспроизведение совершенства и вкуса.
ARASI KƏSİLMƏYƏN MÜKƏMMƏLLİYİN YARADILMASI

Eaux-de-vie şərabları fərqli yaşa və dominanta malikdirlər və yetişdikdən sonra özlərini fərqli şəkildə göstərirlər. Hennessy konyakı - uzun müddət ərzində eyni nəticəni təkrarlamaq üçün lazım olan nüansların birləşdirilməsinin yekunudur.
QARIŞDIRMAQ VƏ YA QARŞDIRMAMAQ

Hər il Hennessy dequstasiya komitəsi təxminən 10.000 növ eaux-de-vies-i nəzərdən keçirir.
Hər bir şərab diqqətlə dequstasiya edilir, sonra seçilir və ya komitə tərəfindən müəyyən edilmiş ciddi keyfiyyət standartlarına uyğun gəlmirsə, rədd edilir. Seçilənlərin yetişmə prosesini təmin etmək üçün, onlar ildə ən azı bir dəfə dequstasiyadan keçirilirlər.
NƏSİLLƏRİN BİRLƏŞMƏSİ

Digər spirtli içkilərdən fərqli olaraq, saxlanma konyakın keyfiyyətini müəyyən edən yeganə amil deyil. Yalnız diqqətlə seçilmiş gözəl aux-de-vie kupajı əla, çox gözəl konyakı əldə etməyə imkan verir.
QABLAŞDIRMA
DAXİLİ VƏ XARİCİ GÖZƏLLİK
Konyakımızı yaradarkən, heç vaxt bir detalı belə diqqətdən kənar qoymamışıq.
PONT NEUF: MƏNA İLƏ LAYİHƏLƏNDİRİLİB

Binamız tarixlə gələcək arasında körpü kimi layihələndirilib. Ekoloji inşaat nümunəsi olaraq, o, ən yüksək ekoloji xalı alıb. Hennessy şirkəti üçün davamlılıq böyük əhəmiyyət kəsb edir.
BİZİMLƏ BİRLİKDƏ İNKİŞAF ETMƏK ÜÇÜN YARADILIB

Bizim genişlənmək üçün yerimiz var. Nəfəs almaq üçün açıqlıq. Yüksək sürətli qablaşdırma xətləri, anbarlar, mürəkkəb izləmə və logistika sistemlərinin hamısı gündə 160 ölkəyə 240.000 şüşə tədarük edən müəssisənin daxilində yerləşir.
EKOLOJİ MƏSULİYYƏT SAHƏSİNDƏ İNNOVASİYA

Pont Neuf, HQE standartlarının ən yüksəyi olan Exceptionnal sertifikatını alıb. Landşaft inteqrasiyasının üstünlüyü. Enerji səmərəliliyi. Suyunın resirkulyasiyası kimi təşəbbüslərə görə. Özü də bu sadəcə onlardan üçüdür.
haradan almaq olar
© Master Blend 2015-2023
All rights reserved
Hennessy Evi
Kolleksiya
Satın almaq