The Macallan, Double Cask 18 Years Old, viski

The Macallan
527,00
AZN
"Macallan" Double Cask 18 Years Old - Amerika və Avropa palıdından hazırlanmış xüsusi seçilmiş və əl işi olan xeres çəlləklərindən istifadə edilməklə istehsal olunan mükəmməl balanslaşdırılmış təksəmənili viskidir. Amerika palıdı zərif vanil, sitrus və iris notlarını, Avropa palıdı isə, xeres və ədviyyat notlarını əlavə edir. "Double Cask" seriyası, tanış ətirləri təqdim edərkən, viskinin unikal xarakterini ön plana çıxaran iki üslubun birləşməsini təmsil edir. 18 il saxlanıldıqdan sonra, 43% tündlük ilə qablaşdırılan daha şirin, isti dadı və xarakteri olan içki alınır. Mütəxəssislər viskini təmiz şəkildə və ya buzla servis etməyi məsləhət görürlər.

Kateqoriya: Viski

Ölkə: Şotlandiya

Rəng
Ətir
Dad
Qastranomiya

Rəng

Nəcib kəhrəba-bal rəngində viski.

Ətir

Viskinin zəngin və ahəngdar ətri qurudulmuş meyvələrin, zəncəfilin və irisin çalarları ilə doludur. Portağal, mixək və muskat cevizinin ətirli nüansları buketə xüsusi yaraşıq verir.

Dad

Viski nin dolğun, güclü, səxavətli, mürəkkəb, zəriflik və incəlikdən məhrum olmayan dadı, sitrus, quru meyvə, karamel, vanil, zəncəfil və palıd çəlləklərində uzun müddət saxlanmış içkiyə xas olan ədviyyat nüansları ilə zəngindir. Zəncəfil, şirin ədviyyatlar, portağal və palıdın isti notları olan sonluq uzunmüddətli və nəfisdir.

Qastranomiya

Viskini dijestiv kimi təmiz şəkildə, buz və ya az miqdarda su ilə servis etmək tövsiyə olunur.
Baxmağı tövsiyyə edirik: