Torres, Altos Ibericos Reserva şərabı, qırmızı quru

Torres
37,00
AZN
Altos Ibericos - Torres ailəsinin təklif etdiyi nəcib şərablar xəttidir. O, Pireney yarımadasının şimalındakı mənzərəli Alto Oteronun şərəfinə adlandırılıb. Torres şərabçılıq müəssisəsinin fəaliyyət göstərdiyi Labastida şəhəri də burada yerləşir. "Altos Ibericos" 15-20 gün ərzində öncədən maserasiyadan keçən və təxminən bir həftə ərzində polad çənlərdə 26-28 ° C sabit temperaturda fermentasiya edilən yüksək keyfiyyətli üzümdən hazırlanır. Cavan şərab fransız palıdından çəlləklərdə (bəziləri yenidir) ən azı 18 ay müddətində saxlanır. Şərab daha 12 ay ərzində şərab zirzəmisində şüşələrdə saxlanır. Şərabın saxlama potensialı 10 ilə qədərdir.

Kateqoriya: Şərab

Ölkə: İspaniya

Üzüm sortu: Tempranilyo

Rəng
Ətir
Dad
Qastranomiya

Rəng

Dolğun albalı rəngində şərab.

Ətir

Şərab gilas, albalı, mixək, ədviyyatlar, əncir və qara bibər notlarından toxunulmuş şirəli, zəngin ətir nümayiş etdirir.

Dad

Şərab meyvəli-ədviyyatlı vurğuları olan ipək kimi bol dadı və uzunmüddətli sonluqdakı zərif taninlər ilə diqqəti cəlb edir.

Qastranomiya

Şərab qırmızı ət, ət raqusu, qoyun pendiri və nəfis ət yeməkləri ilə servis edilir.
Baxmağı tövsiyyə edirik: