Beringer, Founder's Estate Zinfandel şərabı, qırmızı quru

Beringer
29,00
AZN
Founder's Estate Zinfandel Kaliforniyanın şimal sahilindəki üzümlüklərindən yığılmış məhsuldan hazırlanıb. Şərab, üstünlük təşkil edən Zinfandel və Pti Şiraz sortunun kiçik bir hissəsinin qarışığıdır. "Faunders Esteyt" Zinfandel - klassik Kaliforniya Zinfandelinin layiqli nümunəsidir: təəccüblü dərəcədə intensiv, zəngin, giləmeyvə-meyvəli, uzunmüddətli sonluğu və açıq-aşkar taninləri ilə seçilir. Şərab köhnə fransız palıdından çəlləklərində altı ay müddətində saxlanıb. Şərab dərhal istehlak üçün mükəmməl şəkildə uyğundur, həm də yaxşı saxlama potensialına malikdir: 5-7 ildən sonra içkinin dadına baxmaq daha da xoş olacaq.

Kateqoriya: Şərab

Ölkə: ABŞ

Üzüm sortu: Zinfandel

Üzüm sortu: Pti Şiraz

Rəng
Ətir
Dad
Qastranomiya

Rəng

Şərab albalı çalarlı tünd qırmızı rəngi nümayiş etdirir.

Ətir

Şərab oynaq, bir qədər ədviyyatlı buketə malikdir ki, burada ədviyyatların xüüsusiyyətləri meyvə notlarının şirəliliyini vurğulayır. Şokolad və darçının yarıtonları isə, ətirə incəlik və yumşaqlıq qatır.

Dad

Şərab kifayət qədər sıx teksturaya malikdir ki, onun fonunda darçın, şokolad və vanil nüansları ilə bəzədilmiş böyürtkən və yetişmiş meyvələrin tonları gözəl şəkildə seçilirlər. Sonluq gözəl, balanslı və təravətlidir.

Qastranomiya

Şərab quzu əti, qrildə qızardılmış mal əti və qaxac ilə mükəmməl uyğunlaşır. Şərab həmçinin bərk yetkin pendirlərlə yaxşı ahəng təşkil edir.
Baxmağı tövsiyyə edirik: