Rəng
Şərab solğun çəhrayı rəngdədir.
Ətir
Şərabın cazibədar ətri qızılgül, nar və çiyələk çalarları ilə diqqəti cəlb edir.
Dad
Yüngül şirinlik qalığı şərabın dadını çox içməli, həqiqətən yay üçün uyğun edir, ləzzətli sitrus turşuluğu isə, onu təravətləndirir. Sonluq şirəli giləmeyvə vurğularına malikdir və kifayət qədər təmiz və davamlıdır.
Qastranomiya
Şərab bir çox yeməklərlə cütlük təşkil edir: Kapreze salatından tutmuş hisə verilmiş balıq, suşi, qızılbalıq, tuna balığı, ətli karpaçço, keçi pendiri, qrildə antrekotlar və Asiya yeməklərinə qədər.