Cloudy Bay, Sauvignon Blanc şərabı, ağ quru

Cloudy Bay
67,00
AZN
Yüngül və canlı Cloudy Bay Sauvignon Blanc şərabı Yeni Zelandiyanın Marlboro şərabçılıq bölgəsində yetişdirilən üzümdən hazırlanır. Bu ərazi Vayrau çayı vadisi istisna olmaqla, əsasən dağ silsilələri ilə əhatə olunur. Bölgənin torpaqları Sovinyon Blan yetişdirmək üçün idealdır. 1970-ci illərin sonlarında Marlboroda Sovinyon Blan şərabının ilk şüşəsi istehsal edildi və bu, Yeni Zelandiyada müasir şərabçılıq sənayesinin yaradılmasına təkaan verdi. Marlborodan olan Sovinyon Blan dünyanın bu sortdan olan ən yaxşı şərablarından biri hesab edilir, dadın saflığını və səlisliyini, habelə təravətləndirici ətri nümayiş etdirir.

Kateqoriya: Şərab

Ölkə: Yeni Zelandiya

Üzüm sortu: Sovinyon Blan

Rəng
Ətir
Dad
Qastranomiya

Rəng

Şərab cəlbedici qızılı-saman rənginə malikdir.

Ətir

Şərabın təravətləndirici ətri motmotu, quava, ananas, tomat yarpaqları və yaşıl otların çalarlarını ahəngdar şəkildə birləşdirir.

Dad

Şərab nektarin və çəhrayı qreypfrut vurğuları ilə zəngin, yuvarlaq, mükəmməl balanslaşdırılmış dadı, ləzzətli qaymaqlı teksturası və uzun ipək sonluğu nümayiş etdirir.

Qastranomiya

Şərab balıq (keta, qızılbalıq) və dəniz məhsulları, rollar, yapon yeməkləri, tərəvəz salatları və qulançar ilə yaxşı ahəng təşkil edir.
Baxmağı tövsiyyə edirik: