Chateau d'Esclans, Rock Angel şərabı, çəhrayı quru

Chateau d'Esclans
62,00
AZN
Chateau d'Esclans, Rock Angel - füsunkar, incə çəhrayı şərabdır. "Rock Angel" üçün üzümlər cənub-şərq istiqamətli yamaclarda, təbaşir və gildən ibarət olan torpaqlarda böyüyür. Tənəklərin yaşı 30 ildir, Qrenaş üzümünün 39%-i 80 yaşlı tənəklərdən yığılır. Məhsul yığımı əllə aparılır və günəş çıxanda, günortadan əvvəl başlayır. Oksidləşmənin qarşısını almaq məqsədilə yalnız kiçik qutulara doldurulur. Sonra üzümlər əllə çeşidlənir. Giləmeyvələrin saplaqları kəsilir və rənglənmənin qarşısını almaq üçün, onlar 7-8°C temperaturda bir qədər doğranırlar. Şirənin 90%-i sərbəst axır, 10%-i yüngül sıxma ilə əldə edilir. Şərab 600 litrlik çəlləklərdə və polad çənlərdə saxlanır.

Kateqoriya: Şərab

Ölkə: Fransa

Üzüm sortu: Qrenaş

Üzüm sortu: Rol

Rəng
Ətir
Dad
Qastranomiya

Rəng

Açıq boz-çəhrayı

Ətir

Şərab şaftalı, albalı, çiyələk və çiçək notlarından toxunmuş nəfis, təzə ətri ilə diqqəti cəlb edir.

Dad

Şərabın dadı zərif, yaxşı balanslaşdırılmış, meyvəli və mineral aksentləri və incə turşuluğu olan təmkinli sonluğa malikdir.

Qastranomiya

Şərab aperitif, eləcə də yüngül qəlyanaltılara, desertlərə və təzə meyvələrə əlavə kimi idealdır.
Baxmağı tövsiyyə edirik: