Torres, 20 Hors d'Age, brendi

Torres
93,00
AZN
Torres ailəsi 1928-ci ildən bəri yüksək keyfiyyətli brendi istehsal edir. Torres 20 Hors D'Age tipik ispan üzüm sortlarından - Parelyada və Uni Blandan yaradılır. Hərəkətsiz mis qazanlarda ikiqat distillədən sonra, ən yaxşı və aromatik fraksiyalar diqqətlə seçilir. Fransız Limuzin palıdından çəlləklərdə 20 il müddətində saxlanılan brendi zərif kəhrəba rəngini və quru meyvə notları və darçının incə nüansları ilə açılan intensiv buketi əldə edir. Brendi istemala hazırdır, həm də əla saxlama potensialına malikdir. Brandy Torres 20 Hors D'Age Wine&Spirit Competition Müsabiqəsində "Öz sinifində ən yaxşı" titulunu qazanıb.

Kateqoriya: Brendi

Ölkə: İspaniya

Üzüm sortu: Parelyada

Rəng
Ətir
Dad
Qastranomiya

Rəng

Gözəl tünd-kəhrəba rəngində brendi.

Ətir

Brendinin dərin, ilıq aromatik buketi qoz-fındıq və quru meyvələrin tonları və zərif ədviyyatlar (vanil, darçın, muskat cevizi) ilə doludur.

Dad

Brendinin ədviyyə notları olan məxməri, gur, zərif və yuvarlaq dadı var.

Qastranomiya

Brendi dijestiv olaraq müstəqil içki kimi saf formada və ya kokteyl şəklində istemal oluna bilər. O, siqar və dəmlənmiş tünd qəhvə ilə mükəmməl ahəng təşkil edir.
Baxmağı tövsiyyə edirik: