The Macallan, Rare Cask, viski

The Macallan
608,00
AZN
Macallan Rare Cask - 2014-cü ildə Makallan şərabçılıq müəssisəsinin "1824 Masters Series" xəttinə qoşulmuş, yaşı göstərilməyən dəbdəbəli təksəmənili viskidir. Viski ilkin olaraq ABŞ bazarı üçün nəzərdə tutulmuşdu, sonra isə, dünya bazarına çıxdı. “Rare Cask-ın təqdimatı The Macallan üçün olduqca həyəcanverici bir inkişafdır". - Edrington Group's səməni şöbəsinin direktoru Ken Qrier deyir, - "Bu yeni buraxılış The Macallan-ın əsaslarını qeyd edir və onun qürurverici çeşidinə təbii rəngli və əla keyfiyyətli viskini əlavə edir”. Makallanın ən yaxşı ənənələrinə uyğun olaraq yaradılmış "Rar Kask" viskisi geniş çeşidli ətirlər yaradan oduncaq və distillyatın unikal birləşməsini nümayiş etdirir. Viskinin yetişdirilməsi, İspaniyanın şimalındakı meşələrdə yetişdirilən palıddan hazırlanmış və Oloroso xeresinin 18 ay saxlanıldığı çəlləklərdə baş vermişdir.

Kateqoriya: Viski

Ölkə: Şotlandiya

Rəng
Ətir
Dad
Qastranomiya

Rəng

Kəhrəba rəngdə viski

Ətir

Viskinin ətri zəngin, yumşaq və qıvrımlıdır, dərin vanil tonlarına, cəsarətli və tez inkişaf edən kişmiş və şokolad notlarına malikdir. Alma, limon və portağalın şirin tonları zəncəfil, darçın, muskat cevizinin və mixəkin ədviyyəli nüansları, həmçinin palıdın zərif notları ilə mükəmməl şəkildə balanslaşdırılmışdır.

Dad

Viski palıd çalarları ilə rezonans təşkil edən ədviyyat və kişmişin həcmli tonları, fon rejimindəki vanil və şokolad notları, sonunda isə, sitrus sedrasının yüngül nüansları olan zəngin, cilalanmış dada malikdir. Sonluq tam və ilıq olur.

Qastranomiya

Viskinin dijestiv kimi təmiz şəkildə servis edilməsi tövsiyə olunur.
Baxmağı tövsiyyə edirik: