Penfolds, Max's Shiraz Cabernet şərabı, qırmızı quru

Penfolds
46,00
AZN
Max's Shiraz Cabernet - Penfold tarixində əfsanəyə çevrilmiş şirkətin baş şərabçısı Maks Şubertin (1915-1994) şərəfinə yaradılmış dəbdəbəli qırmızı şərabdır. MakLaren və Barossa Vadilərindəki üzümlüklərdə yetişdirilən Kaberne Sovinyon və Şiraz üzümlərindən hazırlanır. Məhsul yığımı şərabçılıq müəssisəsi tərəfindən əl ilə aparılır, meyvələr idarə olunan temperaturda vifikasiya edilirlər. Şərab 12 ay köhnə və yeni fransız və amerikan palıdından çəlləklərdə saxlanır.

Kateqoriya: Şərab

Ölkə: Avstraliya

Üzüm sortu: Şiraz

Üzüm sortu: Kaberne Sovinyon

Rəng
Ətir
Dad
Qastranomiya

Rəng

Şərab bənövşəyi əksetmələri olan moruq qırmızısı rənginə malikdir.

Ətir

Şərabın çoxşaxəli, bol ətri tünd şokolad, yetişmiş çiyələk, qara albalı və gavalı çalarları ilə açılır. Bir müddətdən sonra buketdə ekzotik ədviyyatlar və sidr nüansları peyda olurlr.

Dad

Şərab yabanı giləmeyvə, qırmızı biyan, kəklikotu və adaçayı notları, incə taninləri və inanılmaz uzunmüddətli sonluğu olan zəngin, məxmər teksturalı səxavətli dad nümayiş etdirir.

Qastranomiya

Şərab ördək, donuz və dovşan əti, rizotto, kolbasa və soyuq ətlə yaxşı ahəng təşkil edir.
Baxmağı tövsiyyə edirik: