Rəng
Mis çalarları olan çəhrayı rəngli şampan şərabı.
Ətir
Şampan şərabı giləmeyvə çalarları, xüsusilə böyürtkən və çiyələyin üstünlük təşkil etdiyi təzə meyvəli, acı bibər və çiçək nüansları ilə bəzədilən ətirə malikdir.
Dad
Şampan şərabının parlaq, ifadəli, şirəli dadı çiyələk, moruq və qırmızı qarağatın çalarlarını, nanə və şaftalı nüanslarını ortaya qoyur.
Qastranomiya
Şampan şərabı aperitif kimi quzu, südəmər çoşqa, pomidor və zirə ilə badımcandan hazırlanmış isti yeməklər üçün əla seçimdir. Qızılbalıq, cücə, quzu budu və dovşandan hazırlanmış yeməklər də şərab üçün ideal bir cütlük ola bilərlər.