Matua, Pinot Noir şərabı, qırmızı quru

Matua
33,00
AZN
Matua Pinot Noir - parlaq, enerjili dada malik olan əla regional şərabdır və öz keyfiyyətinə görə əla qiymətə malikdir. Şərab Malboro bölgəsində yetişdirilən Pino Nuar üzümlərindən hazırlanır. Fermentasiyadan əvvəl 3 gün ərzində aparılan ilkin maserasiya dərin ətir və yaxşı taninlik əldə etməyə imkan verir. Fermentasiyadan sonra, şərab təxminən 6 aya qədər saxlanır. Matua, Pino Nuar artıq cavan yaşda belə cəlbedicidir və 3 il əlavə saxlanma onu daha mürəkkəb və maraqlı edəcək.

Kateqoriya: Şərab

Ölkə: Yeni Zelandiya

Üzüm sortu: Pino Nuar

Rəng
Ətir
Dad
Qastranomiya

Rəng

Şərab parlaq moruq rənginə malikdir.

Ətir

Şərabın təzə, laylı meyvəli ətri şirin albalı tonları və çiyələk nüansları ilə ortaya çıxır.

Dad

Şərabın dadı parlaq və enerjilidir, ədviyyat və tost çalarları ilə tamamlanan qırmızı meyvə və böyürtkən notlarının qatları ilə doludur. Sonluq təzə və uzunsürəndir.

Qastranomiya

Şərab az miqdarda bibəri olan steyk-barbekü ilə yaxşı ahəng təşkil edir.
Baxmağı tövsiyyə edirik: