Şampan Moet & Chandon, Ice Imperial

Moёt & Chandon
129,00
AZN
Moet & Chandon Ice Imperial 2011-ci ildə xüsusi olaraq buzla içmək üçün yaradılmış və isti havalarda xüsusilə xoş olan dünyanın ilk şampan şərabıdır. O, qeyri-adi xoş təravəti və Moet & Chandon şampanlarının klassik keyfiyyətlərini - parlaq səs, zərif yetkinlik və həssas zövqü özündə birləşdirir.
Şampan şərabının tərkibində 3 üzüm sortu var: sıx meyvəliliyi və şəffaf quruluşu ilə Pino Nuar (40-50%) ; zənginlik və güc təmin edən Pino Menye (30-40%); təravətləndirici dad yaradan Şardonne (10-20%). Dadın sıxlığını, zənginliyini artırmaq və ona sabitlik vermək üçün ümumi qarışığa xüsusi seçilmiş ehtiyat şərabları (20-30%) əlavə edilir.

Ənənəvi şampanlama üsulundan sonra şərab şüşədə 36 aydan 48 aya qədər saxlanır.

Kateqoriya: Şampan

Ölkə: Fransa

Üzüm sortu: Pino Menye

Üzüm sortu: Pino Nuar

Üzüm sortu: Şardone

Rəng
Ətir
Dad
Qastranomiya

Rəng

Kəhrəbaya çalan dərin qızılı rəngli şampan şərabı.

Ətir

Şərabın güclü ətri tropik meyvələrin (manqo, quava, nektarin), moruq və çiyələk notları ilə tamamlanan çalarları ilə zəngindir.

Dad

Şampan şərabı çoxsaylı meyvə çalarlarını, karamelin şirinliyini, qreypfrutun təravətləndirici turşuluğunu və zəncəfilin acılığını birləşdirən həssas, ətli dada malikdir. Sonluq uzunmüddətli davamlılıq və parlaq meyvəlilik ilə seçilir.

Qastranomiya

Şampan şərabı yüngül yeməkləri və qəlyanaltıları, krevet, fua-qra, meyvələri müşayiət etmək üçün xoş aperitif, həmçinin kokteyllərin əsası kimi tövsiyə olunur.
Baxmağı tövsiyyə edirik: