Torres, San Valentin Garnacha şərabı, qırmızı quru

Torres
24,00
AZN
Qırmızı "San Valentin" şərabı Migel Torres tərəfindən həyat yoldaşı Marqarita Rieraya Müqəddəs Valentin Günü üçün hədiyyə olaraq yaradılmışdır və buna görə də belə adı daşıyır. Şərab dünyada ən çox becərilən Aralıq dənizi üzüm sortu olan Qarnaça Tintadan hazırlanır. Bu sortdan olan şərablar sıx və həssas taninlər, zəngin rəng və yaxşı ifadə edilmiş meyvə dadı ilə seçilir. Vinifikasiya zamanı giləmeyvə əvvəlcə beş-altı gün ərzində soyuq maserasiyadan, sonra isə, paslanmayan poladdan hazırlanmış rezervuarlarda nəzarət olunan 28 °C temperaturda 8-10 gün ərzində fermentasiyadan keçir. Daha sonra şərab aprel ayına qədər polad qablarda saxlanılır və şüşələrə tökülür. Şərabın saxlama potensialı 3 ildir.

Kateqoriya: Şərab

Ölkə: İspaniya

Üzüm sortu: Qrenaş

Rəng
Ətir
Dad
Qastranomiya

Rəng

Şərab dərin qırmızı-yaqut rənginə malikdir.

Ətir

Şərab yetişmiş qırmızı meyvələrin, ədviyyatların və ağacın üstünlük təşkil etdiyi çalarları olan şirəli ətri ilə cəlb edir.

Dad

Şərab meyvəli turşuluq, incə dənəli taninləri olan yumşaq, ipək kimi dada və dayanıqlı sonluğa malikdir.

Qastranomiya

Şərab ev quşunun ətidən yeməklər, makaron, pizza və bərk pendirlər üçün əla cütlük olacaqdır.
Baxmağı tövsiyyə edirik: