Glenmorangie, The Lasanta 12 Years Old, viski

Glenmorangie
94,00
AZN
İncə, dolğun Glenmorangie "Lasanta" viskisi ağ amerikan palıdından hazırlanmış burbon çəlləklərində 10 il, bundan sonra isə, İspaniyanın Xeres şəhərindən olan Oloroso xeresi çəlləklərində əlavə 2 il saxlanılıb. "Lasanta" adı qael dilindən tərcümədə "istilik" və ya "ehtiras" deməkdir. Bu, xeres çəlləklərinin ispan mənşəli olduğunu göstərir və eyni zamanda, viskinin orqanoleptik xüsusiyyətlərini əks etdirir. "Lasanta" bütün ətir və dad çalarlarını qorumaq üçün soyuq filtrasiyadan keçirilmədən qablaşdırılır.

Kateqoriya: Viski

Ölkə: Şotlandiya

Rəng
Ətir
Dad
Qastranomiya

Rəng

Açıq qızılı rəngdə viski.

Ətir

Viskinin mürəkkəb ətrində ədviyyələrin isti çalarları, şokolad, kişmiş, pətəkdə bal və karamel toffisinin məxmər notları ilə qarışır.

Dad

Viskinin dadı qaymaqlı, dolğun, mürəkkəb, isti, ədviyyatlıdır, şirin kişmiş, xeres, portağal, ceviz və irisin füsunkar tonları ilə fərqlənir. Uzun, xoşagələn sonluq portağal və şokoladla örtülmüş meşə fındığının kəskin çalarları ilə doludur.

Qastranomiya

Viski dijestiv kimi təmiz şəkildə tövsiyə olunur.
Baxmağı tövsiyyə edirik: