Rəng
Açıq-qızılı rəngdə viski.
Ətir
Viskinin ətri sıx tüstü, meyvə (limon, laym), torf, tünd şokolad tonları ilə ətrafa yayılır. Onlar yağlı mentol və bibər çalarları, qatran, qrafit, hisə verilmiş balıq, donuz əti, yaşıl bolqar bibəri, bişmiş ananas və armud şirəsi notları ilə tamamlanır.
Dad
Viskinin yağlı, dolğun dadı torf, limon, laym, qara bibər, iris, şoraba suyu, yetişmiş banan, qarağat, qaymaqlı kapuçino və zefir notlarını birləşdirir. İnkişaf etdikcə espresso qəhvəsinin, biyan kökü və qatranlı tüstünün çalarları peyda olur. Sonluq uzunmüddətlidir.
Qastranomiya
Viskini təmiz şəklildə içmək məsləhətdir, siqar ilə təklif etmək də münasibdir.