Rəng
Şərab moruq çalarları olan tünd qırmızı rəngdədir.
Ətir
Şərab, vanil və istiotun ədviyyatlı vurğuları ilə haşiyələnmiş qarağat və böyürtkənin üstünlük təşkil etdiyi çalarları, darçın, albalı və gavalı notları olan gözəl, dolğun ətirə malikdir.
Dad
Şərabın balanslaşdırılmış, sıx, incə ədviyyatlı dadı yetişmiş giləmeyvə və qara meyvə notlarının birləşməsi ilə ortaya çıxır. Vanil, şokolad və ədviyyat ştrixləri dadı tamamlayır. Sonluq yuvarlaq və uzunmüddətlidir.
Qastranomiya
Şərab qırmızı ət, qrildə qızardılmış tərəvəzlər, paştetlər və yetkin pendirlərlə yaxşı ahəng təşkil edir.