Glenmorangie, The Quinta Ruban 14 Years Old, viski

Glenmorangie
99,00
AZN
Glenmorangie The Quinta Ruban 14 Years Old - Qlenmoranjinin ekstra saxlanılmış viskilər çeşidində rəng baxımından ən tündü, dad baxımından isə, ən dolğunudur. "Quinta Ruban" ağ amerikan palıdından çəlləklərdə 10 il yetişir, bundan sonra saxlanılmaq üçün, Portuqaliyadakı şərabçılıq mülklərindən xüsusi seçilmiş müxtəlif kvintalardan olan Ruby portveyni çəlləklərinə yerləşdirilir. Portveyn çəlləklərində saxlanılma "Quinta Ruban"-ı şirin və quru dadların mürəkkəb balansı, teksturadakı yumşaqlıq və gümrahlaşdırıcı sərinliyin füsunkar təzadı olan dəbdəbəli içkiyə çevirir. Viski soyuq filtrasiyadan keçirilmədən qablaşdırılır ki, bu da ətir və dadın bütün nüanslarını qoruyub saxlamağa imkan verir.

Kateqoriya: Viski

Ölkə: Şotlandiya

Rəng
Ətir
Dad
Qastranomiya

Rəng

Çəhrayı çalarları olan dolğun qızılı-bal rəngidə viski.

Ətir

Viskinin ətirində tünd nanə şokoladı, naringi və acı portağal tonları, səndəl ağacı və ceviz notları ilə qarışdırılır və tədricən öz yerini bibər və muskat cevizinin nüanslarının ədviyyəli şleyfinə verir.

Dad

Viski, nanəli şokoladın və cevizin, qızılgül notlarının, rahat-luhumun və acı-şirisov portağalın çalarları olan yumşaq, əhatə edən, məxməri dada malikdir. Sonluq uzunmüddətli, məxmər kimidir, portağal və içi nanə ilə doldurulmuş tünd şokoladın notları ilə seçilir.

Qastranomiya

Viski dijestiv kimi əladır.
Baxmağı tövsiyyə edirik: