Hennessy Paradis konyakı

Hennessy
2524,00
AZN
Hennessy Paradis, usta-şərabçılar tərəfindən şəxsən diqqətlə seçilən yüzdən çox köhnə, elit konyak spirtinin ardıcıl birləşməsi əsasında istehsal olunan konyakdır. "Paradi" konyakı ilk dəfə Hennessi Evinin "assamblyaj ustası" Morus Fiyyu tərəfindən 1979-cu ildə hazırlanıb. Bu konyakın yaradılması prosesini bu gün də hər bir komponentin özünəməxsus xüsusiyyətləri olan və içkinin harmoniyasına nail olmağa imkan verən hansısa simfoniya ilə müqayisə edirlər. Hennessy Paradis haqlı olaraq əsl qurmanlar üçün konyak hesab olunur.

Kateqoriya: Konyak

Ölkə: Fransa

Rəng
Ətir
Dad
Qastranomiya

Rəng

Mis-qızıl rəngdə konyak.

Ətir

Konyak ədviyyə və ədviyyat notlarınin üstünlük təşkil etdiyi mürəkkəb ətrə malikdir. Bibər tonları kifayət qədər yüngüldür, ədviyyat notları isə, ətrə qeyri-adi zəriflik və incəlik verən çiçək çalarları palitrası ilə yumşaldılır. Darçın, hil və meyvənin çox yüngül, çəkisiz işarələri quru qızılgül nüansları ilə əvəz olunur. Ətirdə trüfel, bal və itburnu notları dalğa şəklində açılırlar.

Dad

Konyak ədviyyat və meyvələrin çalarları ilə əhatə olunan ehtiraslı, zərif, ədviyyatlı bir dada malikdir. Dadın incə nüansları çox yavaş açılır, bir-birini rəvan şəkildə tamamlayır və ahəngdar şəkildə uzun, xoş bir sonluğa çevrilirlər.

Qastranomiya

Ən yaxşısı konyakı təmiz şəkildə istemal etməkdir, çünki o özü özlüyündə gözəldir.
Baxmağı tövsiyyə edirik: