Pago del Cielo, Celeste Crianza şərabı, qırmızı quru

Torres
41,00
AZN
"Celeste" - Ribera del Duerodakı gecə səması kimi unikal tünd rəngə və bol meyvəliliyə malik dəbdəbəli, dolğun şərabdır. 895 metr hündürlükdə demək olar ki, ulduzlara və buludlara toxunmaq olar, hava unikal ətirlərlə doludur və günəş bütün əzəməti ilə yer üzünü işıqlandırır. Məhz burada, 895 metr yüksəklikdə - Torres şirkətinin Ribera del Duero bölgəsindən olan ilk şərabı - "Seleste" hazırlanan Tinto Fino üzümləri bitir. Vinifikasiya paslanmayan polad qablarda nəzarət olunan temperaturda aparılır. Şərab 12 ay müddətində fransız və amerikan palıdından çəlləklərdə saxlanır.

Kateqoriya: Şərab

Ölkə: İspaniya

Üzüm sortu: Tinto Fino

Rəng
Ətir
Dad
Qastranomiya

Rəng

Şərab nar rəngli əksetmələri olan tünd qırmızı - albalı rəngindədir.

Ətir

Şərab albalı, qaragilə, böyürtkən, ədviyyatlar, çalılar, torpaq və otların notlarından toxunulmuş səxavətli, çoxşaxəli ətri ilə diqqəti cəlb edir.

Dad

Şərabın dadı güclü, şirəli, mürəkkəb, intensiv, sıx aşılayıcı quruluşa və uzunmüddətli, dayanıqlı sonluğa malikdir.

Qastranomiya

Şərab Aralıq dənizi otları ilə bolluca ədviyyatlandırılan müxtəlif ət yeməkləri, o cümlədən qovurma, quş əti, şirəli quzu və ya mal əti, qrildə steyk və kiçik ov quşları üçün əla cütlük olacaq.
Baxmağı tövsiyyə edirik: