Torres, Vina Esmeralda şərabı, ağ yarı quru

Torres
27,00
AZN
Adını Aralıq dənizinin zümrüd rəngindən alan zərif və cazibədar "Vina Esmeralda" şərabının əsasını Muskat və Gevürtstraminer üzümləri təşkil edir. Dəniz səviyyəsindən 900 metrə qədər yüksəklikdə yerləşən Penedes Superyor dağlarında yetişdirilən üzümlər daha incə və zərif dada malikdirlər, daha ətirlidirlər. Hər iki üzüm sortu ayrı-ayrılıqda polad çənlərdə vinifikasiya edilir, sonra birləşdirilir və qısa bir istirahətdən sonra şüşələrə doldurulurlar. Şərabın saxlama potensialı ən azı üç ildir. "Vina Esmeralda" şərabı dəfələrlə beynəlxalq müsabiqələrdə iştirak etmiş və bir sıra yüksək mükafatlara layiq görülmüşdür.

Kateqoriya: Şərab

Ölkə: İspaniya

Üzüm sortu: İskəndəriyyə muskatı

Üzüm sortu: Gevürtstraminer

Rəng
Ətir
Dad
Qastranomiya

Rəng

Şərab samanı-qızılı rəngi nümayiş etdirir.

Ətir

Şərab tropik meyvələrin, ağ çiçəklərin və mineralların notlarını harmonik şəkildə birləşdirən təravətləndirici, zərif ətri ilə diqqəti cəlb edir.

Dad

Şərab hamar teksturaya, incə meyvə turşuluğu olan yumşaq, təravətli, zərif dada və balanslaşdırılmış sonluğa malikdir.

Qastranomiya

Şərab molyusklarla və onlardan hazırlanmış yeməklərlə (məsələn, molyusklu avokado salatı), həmçinin balıq yeməkləri, təzə qovun, ispan vetçinası, paştetlər, quş əti, meyxoş sousda donuz əti ilə yaxşı ahəng təşkil edir.
Baxmağı tövsiyyə edirik: