Concha y Toro Casillero del Diablo, Cabernet Sauvignon Reserva şərabı, qırmızı quru

Casillero del Diablo
26,00
AZN
Casillero del Diablo Cabernet Sauvignon Reserva şərabı Casillero del Diablo seriyasına aiddir. Şərab orta sıxlıqlı, yumşaq taninlidir. Bu şərab üçün üzümlər onun ən yaxşı keyfiyyətlərini üzə çıxaran Maypo vadisində yetişdirilir. Şərab xətti əfsanəvi "şeytanın zirzəmisi" adını daşıyır və məşhur əfsanəyə görə, onun ilk sahibi şeytandan ən qiymətli şərablarla dolu olan zirzəmilərini qorumağı xahiş etmişdi. Bu gün ən yaxşı Konça və Toro şərabları bu zirzəmilərdə saxlanır. Bunlar Akonkaqua Vadisi və Mərkəzi Vadinin bir sortlu şərablarıdır. Bu seriyanın şərabları yeni amerikan çəlləklərində 5-9 ay müddətinə saxlanır.

Kateqoriya: Şərab

Ölkə: Çili

Üzüm sortu: Kaberne Sovinyon

Rəng
Ətir
Dad
Qastranomiya

Rəng

Şərab qığılcımlı tünd-qırmızı rəngdədir.

Ətir

Şərabın ətirində təzə yaşıl bibər, qara qarağat, vanil və palıd çalarları olan tünd gavalı tonları üstünlük təşkil edir.

Dad

Yetişmiş albalı, qara gavalı tonları, palıd çalarları və dadında yumşaq, ipək kimi taninlər olan orta sıxlıqlı şərabdır. Uzunmüddətli sonluq yetişmiş meyvə və giləmeyvə tonlarını ortaya çıxarır.

Qastranomiya

Bu şərab qırmızı ət, ədviyyatlı yeməklər və Gruyere və ya kifli pendir kimi yetkin pendirlərlə yaxşı ahəng təşkill edir.
Baxmağı tövsiyyə edirik: