Torres, San Valentin Tempranillo şərabı, qırmızı quru

Torres
24,00
AZN
Qırmızı "San Valentin" şərabı Migel Torres tərəfindən Müqəddəs Valentin Günü üçün həyat yoldaşı Marqarita Rieraya hədiyyə olaraq yaradılmışdır və buna görə də belə adı daşıyır. Şərab ən çox tələb edilən Aralıq dənizi sortlarından biri olan Tempranilyo üzümündən hazırlanır. Üzüm şirəsinin fermentasiyası aslanmayan polad qablarda nəzarət olunan 28 ° C temperaturda 8-10 gün ərzində aparılır. Onlarda şərab bir neçə ay saxlanır. Şərabın saxlama potensialı 4 ildir.

Kateqoriya: Şərab

Ölkə: İspaniya

Üzüm sortu: Tempranilyo

Rəng
Ətir
Dad
Qastranomiya

Rəng

Şərab yaqut-bənövşəyi rəngdədir.

Ətir

Şərabın ifadəli ətri qırmızı və qara meyvələrin çalarları, böyürtkən və moruq notları, biyan nüansları ilə doludur.

Dad

Şərab zəngin albalı və gavalı tonları, palıd, şokolad, dəri çalarları olan yumşaq, zərif, ilıq, balanslaşdırılmış dada, və dayanıqlı sonluğa malikdir.

Qastranomiya

Şərab qırmızı ətdən yeməklərə, o cümlədən qrildə ətə, barbekü, qovurma və ət raqusu üçün əla cütlük olacaq. Hamburgerlər, pomidor sousunda yeməklər və qaymaqlı pendirlər ilə yaxşı ahəng təşkil edir.
Baxmağı tövsiyyə edirik: