Highland Park, Viking Pride 18 Years Old, viski

Highland Park
304,00
AZN
Highland Park, Viking Pride18 Year Old - Highland Park brendinin 18 illik viskinin yeni relizidir. Viski yüksək keyfiyyətli, diqqətlə seçilmiş və əvvəllər xeres saxlanmış Avropa palıdından çəlləklərdə yaradılmışdır. Onun buketini "bir vaxtlar torf kömürləri olan boş mis banka" ifadəsi ilə xarakterizə etmək olar. 18 illik "Vikinq Prayd" harmoniya, mürəkkəblik və incəliyin zirvəsidir və artıq iki dəfə "Best Spirit in the World" (sonuncu dəfə 2018-ci ildə) və "Ən yaxşı təksəmənili viski" mükafatlarını alıb. "Vikinqlərin qüruru" - ailənin şərəfi və tarixidir, bunun üçün son damla qanına qədər mübarizə aparmağa dəyər.

Kateqoriya: Viski

Ölkə: Şotlandiya

Rəng
Ətir
Dad
Qastranomiya

Rəng

Dərin kəhrəba-qıaılı rəngdə viski.

Ətir

Viskinin zərif ətri qurudulmuş meyvələrin (əncir, xurma), balın, səməninin nüanslarını və şirin tüstünün incə işarələrini nümayiş etdirir. Bir müddət sonra alma, ədviyyəli portağal piroqunun, şokoladlı peçenye və darçının çalarları peyda olur. Daha 5-10 dəqiqədən sonra tünd şokolad, arpa, xeres və torf notları aydın şəkildə üzə çıxır.

Dad

Viskinin sərin, yağlı dadı mükəmməl şəkildə balanslaşdırılmış və strukturlaşdırılmışdır. İrisin, siropda pörtlədilmiş meyvənin, torfun, bal və qəhvənin məxmər kimi şirin tonları ilə yanaşı, qovrulmuş mal əti, dəri, torf, zəncəfil və üyüdülmüş bibərinin daha tünd tonları dada mürəkkəblik qatır. Uzun, yumşaq, quru sonluqda tüstü, dəniz duzu və süpürgə kolu balının notları qalır.

Qastranomiya

Viski təmiz şəkildə dijestivi kimi və ya buketi gücləndirmək üçün bir az su ilə servis edilir.
Baxmağı tövsiyyə edirik: