Cutty Sark, viski

Cutty Sark
28,00
AZN
Cutty Sark - yumşaq və yüngül dadı sayəsində dünyanın 120-dən çox ölkəsində nüfuz qazanmış dünyanın ilk qarışıqlı açıq viskisidir. Viski adını 1869-cu ildə Şotlandiyada inşa edilmiş ən məşhur və bu günə qədər gəlib çatmış yeganə çay kliperindən almışdır. Cutty Sark viskisinin peyda olması, 1920-ci ildə ABŞ-da "quru qanunun" tətbiqi və onun 1923-cü ildə Amerikaya qaçaqmalçılıq yolu ilə gətirilməyə başlanması ilə əlaqələndirilir. Şotland viskisi tez bir zamanda populyarlıq qazandı və "quru qanunun" ləğvindən sonra spirtli içkilər arasında ən çox satılan brend oldu, üstəlik, Cutty Sark bu günə qədər Amerika bazarında lider mövqeyini qoruyub saxlamaqdadır.

Kateqoriya: Viski

Ölkə: Şotlandiya

Rəng
Ətir
Dad
Qastranomiya

Rəng

Açıq-qızılı rəngə malikdir.

Ətir

Viskinin təzə, cazibədar ətri vanil və sitrusun incə çalarlarına, karamel, şirniyyat, ot və biskvit nüanslarına malikdir.

Dad

Viski, təzə sitrus tonları, yasəmən çayının və tropik meyvələrlin nüansları ilə ahəngdar şəkildə tamamlanan və onun vizit kartına çevrilmiş vanilin notları ilə ifadə edilən hamar, canlı, şirinsov, gümrahlaşdıran, çox asan içilən dada malikdir.

Qastranomiya

Viski təmiz şəkildə buz, sodalı su, limon ilə istemal edilə və kokteyllərə əlavə oluna bilər.
Baxmağı tövsiyyə edirik: