Rəng
Parlaq saman-sarı rəngli şərab.
Ətir
Canlı, cəlbedici şərab ətri berqamot, çiçəklər (doqquzdon, yasəmən, portağal çiçəyi), şirəli ərik, nektarin, tropik meyvələr, bal və ədviyyat nüansları ilə doludur.
Dad
Şərabın dadı quru, təzə, təmiz, yaxşı balanslaşdırılmış, yüngül yağlılıq, vanil çalarları, meyvə notları və xoş, uzun sonluqla.
Qastranomiya
Şərab çox universaldır və bir çox yeməklərlə uyğunlaşır: qəlyanaltılar və yüngül salatlardan tutmuş dəniz məhsulları və ədviyyatlı yeməklərə, məsələn, Vyetnam mətbəxi, suşi və saşimi, həmçinin bir çox pendirlərlə əla harmoniyadadır.