Контакты
Блог
Каталог брендов
О компании

Concha y Toro Frontera Cabernet Sauvignon şərabı, qırmızı yarıquru

Frontera
"Frontera" — "bir stəkan Çili", Concha y Toro şirkətinin beş qitədə 120 ölkədə satılan monosortlu şərablar xəttidir. "Frontera" şərabları Çilinin Mərkəzi Vadisində, üzüm bağlarının dörd təbii sərhəd tərəfindən qorunduğu şərabçılıq cənnətində doğulur. Cənubda o, heyrətamiz gözəllikdəki buzlaqlarla, şimalda quru Atakama səhrası ilə, şərqində əzəmətli And dağ silsilələri ilə, qərbdə isə Sakit Okeanla həmsərhəddir. "Frontera" xəttinin yaradıcılarından biri Hektor Ursuanın dediyi kimi: "Mən Yeni Dünya şərablarının özünəməxsusluğuna və gücünə, onların şən və nəcib mahiyyətinə inanıram. Bu xüsusiyyətlərin mənim etdiyim hər bir şəraba xas olmasını istəyirəm. İşimin məqsədi də budur." Frontera Cabernet Sauvignon — Mərkəzi Vadidə yetişdirilmiş Cabernet Sauvignon üzümündən hazırlanmış qırmızı yarıquru şərabdır. Məhsul aprel ayında əl ilə (40%) və mexaniki üsulla yığılır. Fermantasiyadan sonra şərab 4 ay müddətində polad çənlərdə saxlanılır.

Kateqoriya: Şərab

Ölkə: Çili

Üzüm sortu: Kaberne Sovinyon

Rəng
Ətir
Dad
Qastranomiya

Rəng

Parlaq və intensiv yakut-qırmızı rəng, bənövşəyi çalarlarla.

Ətir

Şərabın ətirində quru meyvələr, qırmızı gavalı və şokolad notları üstünlük təşkil edir.

Dad

Şərabın dadı harmonik taninlər, orta dolğunluq, yumşaq tekstura və yaxşı sonluq ilə xarakterizə olunur.

Qastranomiya

Şərab qırmızı ət, pendirlər, ədviyyatlı və bişmiş yeməklər, ədviyyatlı souslu makaron ilə mükəmməl uyğunlaşır.
Həmçinin bax